İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb

14:15 - 24 / 01 / 2020
İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olundu. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd etdi.

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
906

Son xəbərlər

Bütün xəbərlər