Sumqayıtda avtomobil yollarının təmirinə 6,4 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Sumqayıtda avtomobil yollarının təmirinə 6,4 milyon manat ayrılıb

17:05 - 27 / 01 / 2020
Sumqayıtda avtomobil yollarının təmirinə 6,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncama əsasən, Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.

S.Xankişiyeva

 

 

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər