Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti seçildi | 1news.az | Xəbərlər
Futbol

Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti seçildi

14:16 - 28 / 01 / 2020
Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti seçildi

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, Komitənin iclası zamanı AFFA-nın 4 vitse-prezidentinin də adı məlum olub.

Belə ki, vitse-prezident postlarını Elşad Nəsirov, Rauf Əliyev, Elxan Məmmədov və Vaqif Sadıqov tutublar.  

Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti seçilib.

Qeyd edək ki, E.Məmmədov 2007-ci ildən AFFA-nın baş katibi vəzifəsində çalışırdı.

1news.az

Paylaş:
969

Son xəbərlər

Bütün xəbərlər