Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

14:29 - 29 / 01 / 2020
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Twitter hesabında qeyd edib.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.

S.Xankişiyeva

 

Paylaş:
1351

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər