29 saylı seçki dairəsində vəziyyət gərginləşir: MSK Bəxtiyar Hacıyevə xəbərdarlıq edib – FOTO

Azərbaycan Milli Məclisinə deputatlığa namizədlərin seçki kampaniyası başa çatmaq üzrədir.
Seçkilərə sayılı günlər qalıb, bəzi namizədlər meydanı tərk etmək qərarına gəlsələr də, digərləri isə əksinə, təşəbbüsü ələ keçirməyə çalışaraq daha da fəallaşıblar. Deyəsən ən yadda qalan qarşıdurmalardan biri – 29 saylı seçki dairəsindən Nigar Arpadarai və Bəxtiyar Hacıyevin seçki kampaniyası olacaq.
Nigar Arpadarai – Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Azərbaycan Formula-1 Qran Prisinin təşviqatçısı, kristal nüfuza sahib şəxs, ölkədə tanınmış mütəxəssisdir.
Bəxtiyar Hacıyev – daha çox müxalif baxışlı, kifayət qədər staja sahib siyasi fəaldır.
Yaxın günlərdə 1news.az-a məlum mənbələrdən bildirilib ki, Dairə Seçki Komissiyası Bəxtiyar Hacıyevə “təbliğaq kampaniyasının qaydalarını pozduğuna görə” rəsmi xəbərdarlıq edib.
Rəsmi açıqlamada Mərkəzi Seçki Kampaniyasının (MSK) 29 saylı seçki dairəsindən olan namizəd, bloqer Bəxtiyar Hacıyevlə bağlı daxil olmuş şikayətə baxılıb:
“Fotolarla müşayiət olunan şikayət əsasında aydın olub ki, B.Hacıyev təşviqat kampaniyasının qaydalarını pozub – belə ki o, MSK-nın rəsmi icazəsindən əvvəl başlayıb. B.Hacıyev Facebook səhifəsində təşviqata 16.01.2020 saat 23.58-də başlayıb. MSK təşviqata icazəni 17 yanvarda verib.
Eyni zamanda ekspert qrupu tərəfindən müəyyən olunub ki, Dairə Seçki Komissiyasının tələbələrinə zidd olaraq Hacıyev Bəxtiyar plakatları DSK tərəfindən xüsusi nəzərdə tutulmuş lövhələrə yerləşdirilməsini vaxıntdan əvvəl, yəni DSK-ya təqdim edilmədən yerləşdirilib və bu haqda Facebook səhifəsinə 17.01.2020 saat 01.56 hesabat-foto paylaşılıb.
DSK-nın növbəti iclasında həmin qeyri-qanunu addımlara baxılıb və B.Hacyevə rəsmi xəbərdarlıq verilib”, - deyə sənəddə qeyd olunur.
Qeyd edək ki, B.Hacıyevin seçkiqabağı təşviqat kampaniyası əsasən N.Arpadari ilə ziddiyət təşkil edir.
B.Hacəyev Facebook səhifəsi vasitəsilə öz rəqibini müntəzəm olaraq polemikaya çağıraraq paylaşım edir – gah bu xoşuma gəlmir, rəqibim “rus dillidir”, guya ki, “xalqdan” uzaqdır, gah rəqibinin təbliğat plakatlarında qrammatik səhvlər tapır, sonra məlum olur ki, Bəxtiyarın reklam bannerində səhv var.
Bununla yanaşı, Hacıyevin rəqibi bütün bu hücumlara məhəl qoymur. N.Arpadarainin kampaniyası əsasən məsələnin yerində dərin analizinə və konkret prioritetləri elektorata çatdırmağa, bunun əsasında deputat kimi işini qurmağı planlaşdırma əsasında qurulub.
“Kimi istəyirsən seç”: Azərbaycanda 2020-ci il seçki kampaniyasının xüsusiyyətləri – FOTO
Tərcümə: S.Xankişiyeva