Millimiz Rusiya yığmasına qalib gəldi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Millimiz Rusiya yığmasına qalib gəldi - VİDEO

09:18 - 31 / 01 / 2020
Millimiz Rusiya yığmasına qalib gəldi - VİDEO

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində ilk qələbəsini qazanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yanvarın 30-da Xorvatiyada Rusiya yığması ilə qarşılşan komandamız qələbə qazanıb – 4:3.

Millimizin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurublar.

Yığmamız ilk oyununda Xorvatiya seçməsinə məğlub olub - 0:2.

Qeyd edək ki, millimiz qrupda sonuncu oyununu fevralın 1-də Bakı vaxtı ilə saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək.

1news.az

Paylaş:
999

Son xəbərlər

Bütün xəbərlər