Occupied Elsewhere: Şaffer və Kornell Dağlıq Qarabağın işğalı və ikiqat standartlar haqqında hesabat hazırlayıb | 1news.az | Xəbərlər
Siyasət

Occupied Elsewhere: Şaffer və Kornell Dağlıq Qarabağın işğalı və ikiqat standartlar haqqında hesabat hazırlayıb

10:10 - 31 / 01 / 2020
Occupied Elsewhere: Şaffer və Kornell Dağlıq Qarabağın işğalı və ikiqat standartlar haqqında hesabat hazırlayıb

Demokratiyanın Müdafiəsi Fondunun (Foundation for Defense of Democracies) yeni tədqiqatının mövzusu – dünya birliyinin uzanmış münaqişələrin hüquqi qiymətləndirilməsi, ticarət əlaqələrinin qurulması və münaqişələrdə iştirak edən ölkələrlə qarşılıqlı əlaqə yollarına seçicilik üzərində qurulmasıdır.  

Tədqiqatın müəllifləri – tanınmış siyasi analitiklər Svante KornellBrenda Şaffer bu məsələni Avrasiya, Yaxın Şərq və Afrikada uzun müddətdir davam edən ərazi münaqişələrinin nümunəsi kimi araşdırırlar.

Bunların arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Fələstin-İsrail münaqişələri də yer alıb.

“Problem yalnız BMT, ABŞ, Avropa İttifaqı (Aİ), özəl korporasiyalar və QHT-lərin həddən artıq qeyri-ciddi fəaliyyət göstərməsi deyil. Məsələ burasındadır ki, onların siyasəti seçicidir və beynəlxalq sistemdə daha dərin mövzuları vurğulayan qərəzləri tez-tez ortaya qoyur”, - hesabatda deyilir.

Nümunə üçün, Avropa İttifaqı İsrailin qərb sahilindəki yaşayış məntəqələrində istehsal olunan və Aİ-yə gətirilən məhsulları “İsrail məhsulu” deyil, “işğal olunmuş ərazilərdə məhsulu” kimi qeyd olunmasını tələb edir. 

Lakin analoji siyasət digər işğal olunmuş ərazilərin məhsullarında – istər Aİ-nin, istərsə də ABŞ-ın Azərbaycan Respublikasının ərazisi kimi tanıdığı Dağlıq Qarabağla bağlı tətbiq olunmur. Bununla yanaşı, Qarabağda istehsal olunan məhsullar qərb bazarlarına “Ermənistan məhsulu” kimi asanlıqla daxil olur.

Hesabatın müəllifləri qeyd edir ki, ərazi münaqişələri bəşəriyyət tarixində hər zaman mövcud olub. Lakin əsas prinsipi sərhədlərin toxunulmazlığı və onların dəyişikliyi üçün güc tətbiqinin yolverilməzliyi olan Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılması uzanmış münaqişələrin yayılmasına səbəb oldu.

“BMT dövlətlərin ərazi iddialarının tanınmasına icazə vermir. Lakin bir çox əraziləri uzunmüddətli kölgədə saxlayaraq, hələ də status-kvoya təsir edə bilmir”, - Svante Kornell  və Brenda Şaffer yazır.

Svante Kornell və Brenda Şaffer tərəfindən aparılan araşdırmanın əhəmiyyətli hissəsi işğal altındakı ərazidə məskunlaşma siyasətinə, dünyadakı müxtəlif dəyişikliklərə və qavrayışlara həsr edilib.

Sirr deyil ki, dünyada ən çox qərb sahillərində məskunlaşma siyasətinə görə İsrail tənqid olunur. Lakin ABŞ və Aİ-nin simasında beynəxalq ictimaiyyət Dağlıq Qarabağ müharibəsi zamanı işğal edilmiş ərazilərdən Azərbaycan əhalisini tamamilə qovmuş Ermənistana olduqca yumşaq davranır.

Müəlliflərin qeyd etdiyi kimi, başqa ölkələrin məskunlaşma siyasətinə məhəl qoymamaq fonunda bu məsələdə İsrailə xüsusi təzyiq göstərilməsi maraq doğurur. Belə ki, İsrailin qərb sahillərində insanlar onlar üçün xüsusi tikilmiş yeni evlərə məskunlaşır. Dağlıq Qarabağ da daxil olmaqla digər münaqişə zonalarında məskunlaşanlar məcburi qovulduğu əvvəlki sakinlərin evlərinə yerləşdirilir.

Araşdırma müəlliflərinin qeyd etdiyi kimi, uzanmış münaqişələr bundan sonra da hökumət, beynəlxalq təşkilatlar və özəl sektor üçün siyasi problem yaradacaq. Müasir dünyada “döyüşlər”, bir qayda olaraq, diplomatiya və ticarət müstəvisində, kütləvi informasiya vasitələrində və beynəlxalq forumlarda baş verir.

Müəlliflər vəziyyətin dəyişdirilməsilə bağlı səkkiz tövsiyə verir:

- Müxtəlif münaqişə zonalarına münasibətdə ədalətli və vahid siyasi prinsiplər hazırlamaq. Habelə özəl müəssisələrə vəziyyəti başa düşməyə, məlumatlı qərarlar qəbul etməyə, nəticələrini bilməkdə kömək edəcək peşəkar bir sahə yaratmaq.

- Vasitəçi-rejimlərə suveren hərəkət kimi baxılmamalıdır. Belə ki, onlar etibarsızlıq səbəbindən münaqişələrin həllinə töhfə verə bilmir və təhlükəsizlik baxımından ikiqat zərərlidir. Çünki məsuliyyətə cəlb edəcək kimsə yoxdur.

- Birləşmiş Ştatlar iqtisadi sanksiyalardan boyun qaçırılması üzrə vasitəçi-rejimlərin səylərini aktivləşdirməlidir. Bu, çox vaxt Rusiya və İrandan, habelə bəzi işğal olunmuş ərazilərdən icazə verilən mallarla tətbiq olunur.

- Beynəlxalq ictimaiyyət qaçqınların öz evlərinə və ya atalarının evlərinə qayıtmaq hüququ verən ardıcıl siyasət hazırlamalıdır. Uyğunsuzluq hüquqi və siyasi döyüşlərə zəmin yaradır.

- Malların mənşəyi haqqında informasiyanın təqdimatına vahid tələbləri uyğunlaşdırmaq lazımdır: mənşə sertifikatı istisna olmadan bütün münaqişə zonalarından bütün mallara şamil olunmalıdır.

- Avropanın maliyyə yardımından Suriyadakı erməni qaçqınlarının Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə köçürülməsi üçün istifadə edilmədiyinə əmin olmaq üçün Aİ suriyalı qaçqınların yerləşdirilməsi üçün ayrılan vəsaitin necə istifadə olunduğunu izləməlidir.

- BMT üçün ən azı öz strukturları çərçivəsində tədbirlər görməkdə ardıcıllıq tələb etmək lazımdır. Xüsusilə, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən özəl şirkətlərin vahid məlumat bazasına və onlar üçün ümumi tələblərin hazırlanmasına ehtiyac var.

- ABŞ Konqresi bəzi bölgələrə dəstəyin geri alınması və digərlərinə ayrılmasını istisna edilməsi üçün münaqişə zonalarına maliyyə dəstəyi siyasətini qiymətləndirməlidir.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2285

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər