Bakının mərkəzində ər arvadını bıçaqlayıb – FOTO – VİDEO

Uşaqların və əsəbi zəif olanların videoya baxması tövsiyyə olunmur.
Fevralın 1-də Yasamal rayonunda yerləşən Hüseyn Cavid heykəlinin yaxınlığında qadının bıçaqlanması ilə bağlı yeni təfərrüatlar məlum olub.
1news.az-ın verdiyi xəbərə görə, məlum olub ki, Ç.Bəhmənov adlı şəxs 15 yaşlı qızının yanında arvadına hücum edib. Kişi qadını öldürmək qərarına gəlib, ona arxadan hücum edərək bir neçə bıçaq zərbəsi vurmaqla yanaşı, yumruq zərbələri də endirib. Lakin qadını öldürməkdə ona səs-küyə gələn polislər mane olublar.
1news.az baş verən insidentlə bağlı hadisə şahidlərinin çəkdiyi videonu əldə edib. Hücumdan dərhal sonra çəkilən videodan səkidə qan içində yerə yıxılmış qadını, Təcili Yarım maşını və polis əməkdaşlarını əks olunub.
Oxuculara həmin video çəkilişi təqdim edirik:
Tərcümə: S.Xankişiyeva