“MFL Carlsberg Biznes Liqası”nın IV turu: “Soliton LTD” zirvəni itirdi, “Carlsberg”dən çətin qələbə – FOTO – VİDEO
Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın 4-cü turunun oyunları keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, həm A, həm də B qruplarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlərin əksəriyyəti gərgin mübarizə şəraitində keçib.
Qeyd edək ki, 4-cü tur A qrupunda liderin dəyişməsi ilə əlamətdar olub. Belə ki, lider “Soliton LTD” “Binə Aqro” komandasına 1:3 hesabı ilə məğlub olub. Bu imkandan məharətlə istifadə edən “White Smile Dental Clinic” “Avromed”ə 7:2 hesabı ilə qalib gələrək zirvəni ələ keçirib.
“Aztelekom” – JTİ görüşü kifayət qədər gərgin alınıb. Sonda 3:2 hesabı ilə qalib gələn ikincilər meydandan üç xalla ayrımağı bacarıblar.
B qrupunun liderlər növbəti qələbələrini qazanıblar. “Azersun” “Ruma Hotels”ə, “Zeytun Pharmaceuticals” “İSR Holding”ə, SOCAR isə “Norm Sement”ə qalib gəlib. “Go Sport” isə “PolatYol” la bərabərə qalaraq ikinci dəfə meydandan sülhlə ayrılıb.
“Carlsberg” 3:2 hesabı ilə “AVT Logistics”, “Veysəloğlu” isə 4:3 hesabı ilə “Holcim FK” komandasını üstələyib.
GoSport Baku komandasının kapitanı Vüqar Nuriyev bizə müsahibəsində MFL Biznes Liqası barədə fikirlərini bölüşdü. Həmin müsahibəni təqdim edirik.
Turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:
A qrupunun turnir cədvəlini təqdim edirik.
B qrupunun turnir cədvəlini təqdim edirik.
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın eksklüziv tərəfdaşı “Carlsberg” şirkətinin ölkəmizdəki təmsilçisi “Carlsberg Azerbaijan” şirkətidir. Turnirin təşkilati dəstəyi isə AFFA tərəfindən təmin edilir.
Öz qruplarında ilk 4 yeri tutan komandalar play-off oyunlarına vəsiqə qazanacaqlar. Burada isə komandalar 1/4 final və yarımfinalda qüvvələrini sınayacaqlar. Sona qalan iki komanda turnirin qalibi adı uğrunda həlledici final oyununa çıxacaq.
Turnirin qalibi adını qazanan komanda Türkiyə kubokunun final oyununu pulsuz izləmək imkanı əldə edəcək. Komandanın səfər, nəqliyyat və otel xərcləri “Carlsberg Azerbaijan” şirkəti tərəfindən qarşılanacaq.
Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.
1news.az