Sərhədçilər Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki balıqçını xilas ediblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhədçilər Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki balıqçını xilas ediblər – FOTO

15:00 - 04 / 02 / 2020
Sərhədçilər Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki balıqçını xilas ediblər – FOTO

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən 1news.az-a verilən məlumata görə, fevralın 3-də sааt 12:15 rаdələrində Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən Kürdili adasının cənubunda Lənkərаn rаyоnu Nərimanabad qəsəbəsindən 8,1 mil məsafədə 2 (iki) nəfər heyət üzvünün “kömək edin” işarəsini nümayiş etdirən hərəkətsiz balıqçı qayığı müşahidə olunub.

Sərhəd gözətçi gəmisi tərəfindən fırtınalı hava şəraitində keçirilmiş xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “BA-5142” bort nömrəli, “Yamaha-40” mühərrikli balıqçı qayıq yedəyə alınıb və sааt 15:10 rаdələrində qayığın heyəti xilas edilərək Nərimanabad qəsəbəsi istiqаmətində sahilə çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Lənkərаn rаyоnu Nərimanabad qəsəbə sakinləri - 1977-ci il təvəllüdlü Suleymanov Sədrəddin Yediyar oğlu və 1987-ci il təvəllüdlü Əsgərov Nail Namiq oğlu olmaları müəyyən edilib.

S.Xankişiyeva

Paylaş:
552

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər