Bakıda sabiq icra başçısının oğlu arvadını bıçaqlayıb – FOTO – VİDEO

Uşaqların və əsəbi zəif olanların videoya baxması tövsiyyə olunmur.
Fevralın 1-də Yasamal rayonunda yerləşən Hüseyn Cavid heykəlinin yaxınlığında qadının bıçaqlanması ilə bağlı yeni təfərrüatlar məlum olub.
1news.az-ın verdiyi xəbərə görə, qadını bıçaqlayan şəxsin Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu olduğu məlum olub.
Keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızının bədən və boğazından bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Nizami oğlu Bəhmənov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Fotoda: Nizami Bəhmənov
Bakının mərkəzində ər arvadını bıçaqlayıb – FOTO – VİDEO
S.Xankişiyeva