Zamirə Hacıyevanın bütün sərvəti əlindən alına bilər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zamirə Hacıyevanın bütün sərvəti əlindən alına bilər – FOTO – VİDEO

14:41 - 06 / 02 / 2020
Zamirə Hacıyevanın bütün sərvəti əlindən alına bilər – FOTO – VİDEO

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyada “İzahedilməz Sərvət Sərəncamı”na qarşı verdiyi apellyasiya prosesini uduzub.

1news.az-ın ingilis mətbuatına istinadla verdiyi xəbərə görə, hələ 2018-ci ildə müvafiq ittiham irəli sürüldüyü Z.Hacıyeva ötən müddət ərzində iki dəfə apellyasiya versə də, son nəticədə prosesi uduzaraq ən yüksək məhkəmə pilləsi olan Ali Məhkəmədə iddia qaldırmaq hüququndan məhrum edilib.

Məhkəmənin qərarına əsasən, Z.Hacıyeva yeddi gün ərzində sərvətinin mənbəyini izah etməlidir. Əks halda, Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyi (NCA) məhkəmə vasitəsilə onun əmlakını müsadirə edərək, hərracda satacaq. Əldə olunan bütün pullar Böyük Britaniyanın xəzinəsinə daxil ediləcək.

Əgər Hacıyeva sərvətinin qanunu mənbəyini göstərərsə, NCA-nın onun hesabını öyrənmək üçün 60 günü var. Bundan sonra müstəntiqlər işi qəbul edib və ya rədd edəcəyi, müsadirə barədə qərar qəbul edəcəklər.

Xatırladaq ki, 2018-ci ilin nobarında Z.Hacıyevanın Londonda həbs edilməsi barədə xəbər yayılmışdı. O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunmuşdu. Sonradan məhkəmənin qərarı ilə müəyyən ödəniş müqabilində zaminə buraxılıb. Bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır. Məlumata görə, ona qarşı iki mənimsəmə ittihamı irəli sürülüb.

Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı "Harrods"da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində "Harrods" alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – "Mill Ride Golf Club"u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Rəsmi məlumatlar cütlüyün "Harrods"un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) "Gulfstream G550 jet" təyyarəsini aldığını da ortaya çıxarıb.

Ötən həftə onun ailəsinə aid olan 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və "Christie" auiksionunda satışa çıxarılması nəzərdə tutulub.

Cahangir Hacıyev həbs olundu

Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib

Beynəlxalq Bank Cahangir Haciyevin sürücüsünə 9 milyon manat kredit verib, özünün isə bankda limitsiz kartı olub

S.Xankişiyeva

 

 

Paylaş:
988

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər