Paytaxtın bu yolunda hərəkət istiqaməti dəyişdirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın bu yolunda hərəkət istiqaməti dəyişdirilir - FOTO

13:26 - 06 / 02 / 2020
Paytaxtın bu yolunda hərəkət istiqaməti dəyişdirilir - FOTO

Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, qeyd edilən yolayrıcı svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.

1news.az

Paylaş:
691

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər