Deputatlığa namizədliyini geri götürənlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Siyasət

Deputatlığa namizədliyini geri götürənlərin sayı açıqlandı

10:52 - 07 / 02 / 2020
Deputatlığa namizədliyini geri götürənlərin sayı açıqlandı

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

1news.az-ın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 319 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib.

Hazırda deputatlığa namizədlərin sayı 1317 nəfərdir.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

1news.az

Paylaş:
612

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər