Slovakiyalı deputat: İnsanların narazı olduğunu görmədim | 1news.az | Xəbərlər
Cəmiyyət

Slovakiyalı deputat: İnsanların narazı olduğunu görmədim

14:22 - 09 / 02 / 2020
Slovakiyalı deputat: İnsanların narazı olduğunu görmədim

Slovakiya Dumasının deputatı, Azərbaycan-Slovakiya Dostluq Qrupunun sədri Peter Marcek 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində seçkiləri müşahidə edib.

Peter Marcek APA-ya açıqlamasında bildirib ki, bu gün 7 məntəqədə seçkiləri izləyib: "Bir neçə rayonda məntəqələrdə oldum, seçkinin gedişini izlədim. Seçkilər demokratik səviyyədə keçirilir, heç bir pozuntuya rast gəlmədim".

Marcek Azərbaycanda 8-ci dəfə olduğunu və ölkənin çox müasirləşdiyini qeyd edib: "Azərbaycan Prezidenti tərəfindən ciddi islahatlar aparılır. Seçkilərdə insanlar istədikləri namizədlərə səs verirlər. Seçkilər sakit formada keçir və insanların narazı olduğunu görmədim".

S.Xankişiyeva

 

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər