“Sən bilmirsən kiminlə danışırsan. Mən – namizəd Mehman Hüseynovam” – Suraxanıdakı qalmaqalın təfərrüatları – VİDEO

Milli Məclisə Suraxanı rayon 31 saylı seçki dairəsindən namizədliyini irəli sürən bloger Mehman Hüseynov qalmaqalın mərkəzində yer alıb.
Sosial şəbəkələrlərdə M.Hüseynovun ona qeydiyyatdan keçməyi söyləyən seçki məntəqəsinin sədri və üzvləri ilə yüksək səslə danışdığını əks etdirən video yayılıb.
“Qayda var, qeydiyyatdan keçməlisiniz”, - deyə komissiya sədri bildirir.
Bloger isə ona qışqıraraq “Sən bilmirsən kiminlə danışırsan. Mən namizəd Mehman Hüseynovam. Qışqırma! Sən saxtakarsan”.
Bu video şəbəkələrdə geniş müzakirələrə səbəb olub, istifadəçilər onu bu hərəkətini qınayıblar:
“Əgər namizəd olaraq Mehman özünü belə aparırsa, deputat olsa necə olacaq? Bütün bunlar mənə 90-cı illəri xatırladır. Belə olmaz. Mehman səsinin tonunu aşağı sal. Ondan deputat olmaz. İnsan səbrli olmalıdır”.
“Mehman özünü ələ al. Belə hərəkətlərlə özünü hörmətdən salırsan”.
S.Xankişiyeva