“İnsanlar sərbəst şəkildə gəlib istədikləri namizədə səs verirlər” - İtaliyalı müşahidəçi | 1news.az | Xəbərlər
Cəmiyyət

“İnsanlar sərbəst şəkildə gəlib istədikləri namizədə səs verirlər” - İtaliyalı müşahidəçi

16:01 - 09 / 02 / 2020
“İnsanlar sərbəst şəkildə gəlib istədikləri namizədə səs verirlər” - İtaliyalı müşahidəçi

“Seçki prosesini yaxından izləmişəm. Hər hansı bir neqativ halla, süni maneə ilə rastlaşmamışam. İnsanlar sərbəst şəkildə gəlib istədikləri namizədə səs verirlər”.

Bunu SİA-ya 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsində 9 fevral parlament seçkilərini müşahidə etmiş İtalya parlamentinin üzvü Boludi Rossana deyib.

Onun sözlərinə görə, seçki hazırlığına və seçkilərin keçirilməsi yaxşı təşkil olunub: "Məntəqələrdə veb-kameraların quraşdırılması, istənilən KİV nümayəndəsinin məntəqələrə daxil olaraq, prosesi yaxından izləməsi seçkilərin azad və ədalətli keçirilməsinə imkan yaradır".

S.Xankişiyeva

 

Paylaş:
450

Son xəbərlər

Bütün xəbərlər