Bakının mərkəzində avtomobil yandı - VİDEO

Bir qədər əvvəl Bakının Yusif Səfərov küçəsində avtomobil yanıb.
1news.az-ın məlumatına görə, yanğın Leyla Şıxlinskaya adına Klinikanın qarşısında baş verib.
Hadisə zamanı BMW markalı avtomobil tamamilə yanaraq kül olub.
Bu səbəbdən həmin yerədək hər iki istiqamətdə nisbətən sıxlıq yaranıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
1news.az
626