Saat 17:00-a olan seçici fəallığı açıqlandı | 1news.az | Xəbərlər
Siyasət

Saat 17:00-a olan seçici fəallığı açıqlandı

18:08 - 09 / 02 / 2020
Saat 17:00-a olan seçici fəallığı açıqlandı

Saat 17:00-a olan məlumata görə, Milli Məclisə seçkilərdə səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən 2 389 754 seçici səs verib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov Milli Məclisə seçkilərlə bağlı ilkin məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 44.84 faiz təşkil edib.

Səsvermənin gedişatı ilə daha ətraflı Mərkəzi Seçki Komissiyasının saytında tanış olmaq olar.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

1news.az

Paylaş:
401

Son xəbərlər

Sabahın havası açıqlandı

13 / 09 / 2025, 12:56
Bütün xəbərlər