Elmar Məmmədyarov Vyanaya gedib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Vyana şəhərinə yola düşüb.
Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və konfransda iştirak edən dövlətlərin xarici işlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
1news.az
484