Oqtay Əsədov xəstəxanaya yerləşdirilib? – RƏSMİ CAVAB

Bəzi saytlarda Milli Məclisin (5-ci çağırış) spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbər yayımlanıb.
1news.az-ın məlumatına görə, Turan-a istinadla verilən xəbərlərdə bildirilib ki, O.Əsədov fevralın 9-da, günün ikinci yarısında infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Mərkəzi Klinik Xəstəxanasından Turana bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. “Bizim bu barədə məlumatımız yoxdur”, - xəstəxanadan bildirilib.
Az sonra Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında O.Əsədovun səhhətində problem yaranması və onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib.
“Oqtay Əsədovun səhhətində problem yaranması barədə məlumatlar əsassızdır. Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur”, - deyə A. Təvəkküloğlu vurğulayıb.
1news.az