DİN: Səsvermə zamanı ictimai asayişin kobud surətdə pozulması qeydə alınmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Səsvermə zamanı ictimai asayişin kobud surətdə pozulması qeydə alınmayıb

21:26 - 09 / 02 / 2020
DİN: Səsvermə zamanı ictimai asayişin kobud surətdə pozulması qeydə alınmayıb

2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilmiş, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.

Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda - rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görüb.

1news.az

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər