Məzahir Pənahov: Seçicilərin sərbəst və azad səs verməsi üçün bütün şərait yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Pənahov: Seçicilərin sərbəst və azad səs verməsi üçün bütün şərait yaradılıb

09:22 - 09 / 02 / 2020
Məzahir Pənahov: Seçicilərin sərbəst və azad səs verməsi üçün bütün şərait yaradılıb

Parlament seçkilərində seçicilərin azad və sərbəst səs verməsi üçün seçki məntəqələrində bütün lazımi şərait yaradılıb.

1news.az-ın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, məntəqə seçki komissiyasının üzvlərinin vəzifəsi bütün seçki fəaliyətinin Seçki Məcəlləsinə uyğun olmasını təmin etməkdir:

“Seçicilər üçün bütün şəraitin yaradılması bizim borcumuzdur və biz çalışmışıq ki, bütün işləri Seçki Məcəlləsinə uyğun həyata keçirək”.

MSK sədri əlavə edib ki, seçki prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında akkreditasiyadan keçmiş bütün şəxslərin fəaliyyətinə məntəqə seçki komissiyalarının üzvləri, eyni zamanda akkreditasiyadan keçmiş şəxslər də seçki məntəqələrinin fəaliyyətinə maneə yaratmamalıdır.

S.Xankişiyeva

 

Paylaş:
564

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər