MSK kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib

11:16 - 09 / 02 / 2020
MSK kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib

Mərkəzi Seçki Komissiyası (MSK) 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.

Komissiyanın mətbuat katibi Şahin Əsədli Qafqazinfo-ya bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur:

“Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir”.

S.Xankişiyeva

 

Paylaş:
404

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər