Bakıda 94 yaşlı seçici səs verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 94 yaşlı seçici səs verdi

11:41 - 09 / 02 / 2020
Bakıda 94 yaşlı seçici səs verdi

Bakının Nəsimi rayonu ərazisində 94 yaşlı kişi səs verib.

"Report"un xəbərinə görə, 1926-cı il təvəllüdlü Yusif Əzizov Milli Məclisə seçkilərlə əlaqədar 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.

94 yaşlı Y.Əzizov 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində 90 yaşdan yuxarı cəmi bir seçici qeydə alınıb. Bu məntəqənin seçici siyahısında 1 217 nəfərin adı var.

Məntəqə 247 saylı tam orta məktəbin binasında yerləşir.

S.Xankişiyeva

 

Paylaş:
778

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər