Məşhur futbolçu bütün restoranı bağlatdırdı, özü gəlmədi | 1news.az | Xəbərlər
Futbol

Məşhur futbolçu bütün restoranı bağlatdırdı, özü gəlmədi

15:47 - 10 / 02 / 2020
Məşhur futbolçu bütün restoranı bağlatdırdı, özü gəlmədi

"Yuventus"un hücumçusu Kristiano Ronaldo paparatsiləri aldadıb.

1news.az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu onun istirahət zamanı şəklini çəkmək istəyən fotoqrafları ustalıqla yayındırmağı bacarıb.

Futbolçu dünən San-Remoda sevgilisi Corciana Rodrigesin aparıcısı olduğu musiqi festivalına qatılıb. Tədbirdən əvvəl o, San-Remodakı restoranlardan birini bütünlükdə bağlatdırıb. Festivaldan sonra jurnalistlər cütlüyün məhz həmin məkana gedəcəyini düşünsə də, Ronaldo Corciana ilə San-Remodan bir neçə kilometr aralıda yerləşən başqa restorana yollanıb.

1news.az

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər