Arsen Vengerə klub prezidenti olmaq təklif edilib | 1news.az | Xəbərlər
Futbol

Arsen Vengerə klub prezidenti olmaq təklif edilib

17:34 - 10 / 02 / 2020
Arsen Vengerə klub prezidenti olmaq təklif edilib

"Arsenal"ın əfsanəvi baş məşqçisi Arsen Venger sürpriz təklif alıb.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, təcrübəli mütəxəssis "Renn" klubunda çalışa bilər.

22 illik "Arsenal" karyerasının ardından FIFA-da futbol inkişafı üzrə direktor vəzifəsində fəaliyyət göstərən 70 yaşlı Vengerə "Renn" klubunun prezidenti olmaq təklif edilib. Liqa1 təmsilçisi prezident Olivye Leqantın istefasından sonra Vengerin bu posta namizədliyini irəli sürüb. Klubun sahibi olan Pino ailəsinin ən böyük arzusu məhz Vengeri prezident vəzifəsinə gətirməkdir.

Qeyd edək ki, "Renn" Fransa çempionatında 24 turdan sonra 41 xalla 3-cü pillədə qərarlaşır.

1news.az

Paylaş:
703

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər