119 dairədə səsvermənin nəticələrinə dair protokollar məlum olub | 1news.az | Xəbərlər
Siyasət

119 dairədə səsvermənin nəticələrinə dair protokollar məlum olub

10:28 - 10 / 02 / 2020
119 dairədə səsvermənin nəticələrinə dair protokollar məlum olub

Milli Məclisə növbədənkənar seçkilər üzrə 119 dairədə keçirilən səsvermənin nəticələrinə dair protokollar məlum olub.

1news.az-ın verdiyi xəbərə görə, protokollar Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçkilər” İnformasiya Mərkəzinin saytında yerləşdirilib.

6 dairə - 35 saylı Xətai üçüncü seçki dairəsi, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 77 saylı Astara seçki dairəsi, 123 saylı Kəlbəcər seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə protokollar hələ sayta yerləşdirilməyib.

S.Xankişiyeva

 

Paylaş:
474

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər