TÜRKPA: Seçkilər beynəlxalq standartlara uyğun keçirildi | 1news.az | Xəbərlər
Siyasət

TÜRKPA: Seçkilər beynəlxalq standartlara uyğun keçirildi

10:43 - 10 / 02 / 2020
TÜRKPA: Seçkilər beynəlxalq standartlara uyğun keçirildi

“Azərbaycan demokratik proseslərin, o cümlədən seçkilərin şəffaf keçirilməsinin tərəfdarıdır. Hesab edirəm ki, ölkə istəyinə çatıb: seçkidən əvvəl aparılan kampaniya və səsvermə qanuna uyğun şəkildə keçirildi”.

“Report” xəbər verir ki, bunu TÜRKPA-nın beynəlxalq müşahidə missiyasının rəhbəri, türkiyəli deputat İsmət Uçma deyib.

O, Azərbaycanın Ermənistanın işğalından əziyyət çəkdiyini, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu xatırladıb. Deputat məcburi köçkünlərin seçkilərdə iştirak etmələri üçün hər cür şərait yaradıldığını söyləyib.

Missiya rəhbəri bildirib ki, seçki günü Şamaxı və Qobustandakı bir sıra məntəqlərdə olublar.

TÜRKPA-nın müşahidə missiyasının üzvü, qırğızıstanlı deputat Ziyəddin Jamaldinov diqqətə çatdırıb ki, çox sayda namizədin olması Azərbaycanda plüralizmin və azadlığın mövcudluğundan, cəmiyyətin demokratik proseslərə yüksək səviyyədə cəlb olunmasından xəbər verir.

“Hesab edirik ki, Milli Məclisə növbədənkənar seçkilər demokratik prinsiplərə, beynəlxalq standartlara, eləcə də Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə uyğundur”, - o vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
592

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər