“EU Politics” nəşri Azərbaycanda keçirilən parlament seçkiləri barədə AZƏRTAC-ın xüsusi müxbirinin məlumatını yerləşdirib | 1news.az | Xəbərlər
Siyasət

“EU Politics” nəşri Azərbaycanda keçirilən parlament seçkiləri barədə AZƏRTAC-ın xüsusi müxbirinin məlumatını yerləşdirib

11:55 - 10 / 02 / 2020
“EU Politics” nəşri Azərbaycanda keçirilən parlament seçkiləri barədə AZƏRTAC-ın xüsusi müxbirinin məlumatını yerləşdirib

“EU Politics” xəbər nəşri bazar günü Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri barədə AZƏRTAC-ın xüsusi müxbirinin materialını dərc edib. 

AZƏRTAC xəbər verir ki, məlumatda Azərbaycan dövlətinin başçısı İlham Əliyevin “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” 5 dekabr 2019-cu il tarixli Sərəncamından danışılır.

Müəllif qeyd edir ki, bu qərardan məqsəd Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan əsaslı sosial-siyasi islahatlara əlavə stimulun verilməsidir.

Məqalədə avropalı oxuculara ötən seçkilər üzrə bəzi statistika təqdim edilir: 5573 seçki məntəqəsi, parlamentdə 125 yer, 41 dövlətdən 358 müşahidəçi.

Materialda qeyd olunur ki, müşahidəçilərin əksəriyyəti keçirilən seçkilərin demokratik, azad və şəffaf olduğunu təsdiq ediblər.

S.Xankişiyeva

 

Paylaş:
365

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər