Fevralın 12-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralın 12-nə olan hava proqnozu açıqlanıb

12:59 - 11 / 02 / 2020
Fevralın 12-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 12-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz, səhər  bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-8 dərəcə isti, Bakıda  gecə 0 dərəcəyə yaxın,  gündüz  6-8 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 757 mm civə sütünuna enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Azərbaycanın rayonlarında fevralın 12-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə  5-10 dərəcə şaxta, gündüz  5-9 dərəcə isti,  dağlarda gecə 12-17, gündüz  0-5 dərəcə şaxta  olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar  küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1news.az

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər