Deputatlığa namizədlər sərbəst buraxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatlığa namizədlər sərbəst buraxıldı

16:19 - 11 / 02 / 2020
Deputatlığa namizədlər sərbəst buraxıldı

Bu gün polis tərəfindən saxlanılan 33 saylı seçki dairəsindən namizədlər Ruslan İzzətli və Əhəd Məmmədli sərbəst buraxılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, Ruslan İzzətli və Əhəd Məmmədli ictimai asayişi pozublar:

“Bu zaman həmin şəxslər özlərini polis əməkdaşlarına təqdim etməyiblər. Həmin şəxslər bölməyə aparılıb. Onlarin şəxsiyyəti müəyyənləşdirilib və sərbəst buraxılıblar”.

Qeyd edək ki, sosial şəbəkədə 33 saylı Dairə Seçki Komissiyasının qarşısında namizədlər Əhəd Məmmədli, Ruslan İzzətli, Zəlimxan Məmmədli və Nüşabə Sadıqlı seçkinin nəticəsinə etiraz ediblər. Bu zaman namizədlərdən R. İzzətli və Ə. Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az

Paylaş:
572

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər