AAYDA sürücülərə xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

AAYDA sürücülərə xəbərdarlıq etdi

10:50 - 11 / 02 / 2020
AAYDA sürücülərə xəbərdarlıq etdi

Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) 1news.az-a verilən məlumata görə, agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb.

Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb.

Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik.

S.Xankişiyeva

 

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər