Fevralın 14-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralın 14-nə olan hava proqnozu açıqlanıb

14:23 - 13 / 02 / 2020
Fevralın 14-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 14-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz  5-8, Bakıda  gecə 0-2,  gündüz  5-7 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 774 mm civə sütünuna yüksələcək, nisbi rütubət  75-85 faiz olacaq.  

Azərbaycanın rayonlarında fevralın 14-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə  1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz  8-13 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 14-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da  bu da meteohəssas insanlarda  narahatlıq hissi yarada bilər.

1news.az

Paylaş:
1180

Son xəbərlər

Bütün xəbərlər