Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı

16:30 - 14 / 02 / 2020
Prezident İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanılmasından danışıb.

1news.az-ın verdiyi xəbərə görə, görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
1454

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər