Ramil Şeydayev “Sabah”-a keçidi haqqında: “Bunu düzgün qərar hesab edirəm...” | 1news.az | Xəbərlər
Futbol

Ramil Şeydayev “Sabah”-a keçidi haqqında: “Bunu düzgün qərar hesab edirəm...”

16:27 - 17 / 02 / 2020
Ramil Şeydayev “Sabah”-a keçidi haqqında: “Bunu düzgün qərar hesab edirəm...”

Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev karyerasını “Sabah” FK-da davam etdirəcək.

1news.az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı təmsilçisi 23 yaşlı hücumçunun keçidini rəsmən elan edəcək.

“Sabah” FK özünün rəsmi “Instagram” səhifəsində artıq yeni transfer barədə xəbər yayımlasa da, ad hələ açıqlanmayıb. Lakin söhbət məhz Şeydayevdən gedir.

Bir neçə gün öncə 1news.az saytında Azərbaycan yığmasının iki ən yaxşı oyunçusunun klubsuz qalması barədə material dərc olunmuşdu. Materialda söhbət məhz Ramil Şeydayev və Emil Balayevdən gedirdi. Hər iki oyunçu həm yığma, həm də ölkə futbolu baxımından çox böyük əhəmiyyət kəsb etdiyinə görə, onlar üçün həyəcan keçirirdik. Xüsusilə o da nəzərə alınmalıdır ki, mart ayında yığmamızı çox güman ki, yeni baş məşqçi ilə ilk toplanış və yoldaşlıq görüşləri gözləyir.

Ramil Şeydayev «Dinamo» - «Ural» (2:0) oyununda

Görünür birincinin problemi artıq öz həllini tapıb. Bəli, etiraf etmək lazımdır ki, Ramil yayda “Dinamo”ya keçərkən bizim gözləntilərimiz bu deyildi. Lakin, heç də ən yaxşı günlərini yaşamayan adlı-sanlı klubda Ramilin karyerası baş tutmadı. RPL-də keçirdiyi 8 oyunda o yalnız 1 qol ötürməsi ilə fərqləndi. Mövsümə əsas heyətdə başlayan Ramil 7 turdan sonra demək olar ki, meydançaya çıxmadı.

Yanvar ayında “Dinamo” klubu Şeydayevlə müqaviləni ləğv etdi. O vaxtdan bu yana futbolçu özünə heç cür yeni klub tapa bilmədi. Vaxt isə dayanmır. Futbolçu özünü formada saxlamaq üçün nə qədər çalışsa da, heç nə komanda məşqlərinin, əsasən də oyunların yerini vermir.

Şeydayevin klubsuz qalması üçün real təhlükə yaranmışdı. Belə bir halda onun “Sabah” FK-ya keçidini optimal qərar adlandırmaq olar. 1news.az saytının əldə etdiyi məlumata görə, Ramil yayadək “Sabah” FK-da çıxış edəcək, ondan sonra isə klubda qalmaq, yaxud karyerasını xaricdə davam etdirməklə bağlı özü qərar verəcək. Sabah” FK bu baxımdan yığma üzvü üçün heç bir maneə yaratmayacaq.

Bu transferin məntiqi sadədir. Qış fasiləsindən sonra “Sabah” FK yenidən mübarizəyə qoşulmağı bacarıb. Jelko Sopiç hücum xəttindən narazı idi. Ramil Şeydayev “Sabah” FK-nı gücləndirə biləcək oyunçudur. Klub Ramili əsas heyət oyunçusu kimi nəzərdən keçirir. Qeyd etmək lazımdır ki, “Sabah” FK hələ ötən mövsümdən öncə futbolçu ilə maraqlanırdı, lakin həmin vaxt Ramil “Krılya Sovetov”a keçdi.

Futbolçunun özü üçün “Sabah” FK-ya keçid yayadək daimi oyun təcrübəsi əldə etmək, həmçinin, “Dinamo”dakı uğursuzluqdan sonra özünə inamı bərpa etmək imkanıdır.

1news.az Ramil Şeydayevlə əlaqə saxlayıb. Futbolçu “Sabah” FK-ya keçmək qərarını şərh edib.

“Keçidi düzgün qərar hesab edirəm” – Ramil Şeydayevin ilk sözləri bu olub. “Uzun müddət oynamamışam. Ambisiyalarım və “Sabah” FK-ya keçiddən gözləntilərim böyükdür. Azərbaycanda hər hansı kluba keçməli olsaydım, bu yalnız “Sabah” FK ola bilərdi. Klub rəhbərliyi ilə çoxdandır ünsiyyətdəyəm və onlara söz vermişdim ki, Azərbaycana qayıtmaqla bağlı qərar versəm yalnız “Sabah” FK-ya keçəcəyəm. Klubun layihəsi ilə çox yaxşı tanışam. Deyə bilmərəm ki, bu mövsüm bütün oyunlara baxmışam, amma ümumilikdə, izləmişəm.

Hiss edirəm ki, kluba köməyim dəyə bilər. Heç kim zəmanət vermir ki, əsas heyətdə oynayacağam. Çalışmaq və nəyə qadir olduğumn göstərmək lazımdır”.

Futbolçu uzun müddət yeni klubla bağlı qərar verə bilməməsi haqqında da danışıb: “Təkliflərim var idi. Bir tərəfdən bəzi klublara keçid baş tutmadı, digər tərəfdən özüm bəzi klublara keçməyə hazır deyildim. “Dinamo”da keçirdiyim dövrə gəlincə, hələlik bu məsələni şərh etmək istəmirəm. Hesab edirəm ki, 2019-cu ili pis keçirmədim. Haradasa alındı, haradasa alınmadı. Hər şey Allahın əlindədir. Deməli belə də olmalı idi”.

Bununla belə, Ramil Şeydayev bildirib ki, yayda yenidən ölkə xaricindən olan variantları nəzərdən keçirmək niyyətindədir.

“Hər şey bu dövrü necə keçirəcəyimdən asılıdır. Amma uzun müddət Azərbaycan çempionatında qalmaq istəmirəm”, - o fikrini yekunlaşdırıb.

Xatırladaq ki, Ramil Şeydayev 2017/2018-ci illər mövsümünü “Qarabağ”da keçirmiş, Çempionlar Liqasında oynamaq imkanı qazanmış, lakin ölkə çempionatının oyunlarında yalnız 1 qol vura biilmişdi.

Teymur Maksutov, E.T.

 

Paylaş:
1904

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər