Ağdaşda təhlükəli virus aşkarlanıb? – Rəsmi AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda təhlükəli virus aşkarlanıb? – Rəsmi AÇIQLAMA

16:10 - 19 / 02 / 2020
Ağdaşda təhlükəli virus aşkarlanıb? – Rəsmi AÇIQLAMA

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Ağdaş rayonunda çox sayda insanda kəskin bronxit, suçiçəyi və digər xəstəliklərin olmasına münasibət bildirib.

 TƏBİB-dən 1news.az-a verilən məlumata görə, fevralın 18-də Ağdaş rayonunun Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub.

Qeyd olunub ki, müayinə olunan 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb: 

"Abad kəndində müayinə nəticələri Ağdaş Rayon Mərkəzi Xəstəxanasının və rayon Gigiyena Epidemioloji Mərkəzinin rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb”.

Qafar Ağayev

Paylaş:
1252

Son xəbərlər

Bütün xəbərlər