Daha bir seçki dairəsinin 5 məntəqəsində səsvermənin nəticələri ləğv edilib | 1news.az | Xəbərlər
Siyasət

Daha bir seçki dairəsinin 5 məntəqəsində səsvermənin nəticələri ləğv edilib

16:47 - 19 / 02 / 2020
Daha bir seçki dairəsinin 5 məntəqəsində səsvermənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.

1news.az  xəbər verir ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub.

MSK üzvü İlham Məmmədovun sözlərinə əsasən, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib.

İ.Məmmədov həmin dairənin 1, 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, 30 saylı Suraxanı birinci seçki dairəsində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Sevinc Fətəliyeva ilkin nəticələrə görə səslərin 62.2%-ni toplayaraq lider olub.

Qafar Ağayev

 

Paylaş:
480

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər