KOBİA və AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

KOBİA və AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb

12:10 - 19 / 02 / 2020
KOBİA və AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Bakıda keçiriləcək futbol üzrə 2020-ci il Avropa çempionatının matçları çərçivəsində kiçik və orta biznesə dəstək göstərilməsi üzrə əməkdaşlıq memorandumu imzalanıb.

1news.az-ın məlumatına görə, memorandumu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov imzalayıb.

KOBİA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində kiçik və orta biznesin dəstəklənməsi məqsədilə oyunların keçiriləcəyi müvafiq ərazidə, Ağ şəhər bulvarı ərazisində, eləcə də Bakı Olimpiya Stadionunun yaxınlığında KOB-ların məhsullarının satışına dəstək məqsədilə xüsusi stendlər qurulacaq. Burada KOB-lar tərəfindən istehsal olunan müxtəlif qida məhsullarının, suvenir, hədiyyə, geyimlərin və s. satışı nəzərdə tutulur.

Bu əməkdaşlıq həmçinin, Azərbaycan məhsullarının tanıdılması, yerli və xarici futbol azarkeşlərinin və şəhərimizin qonaqlarının oyunlar zamanı müxtəlif xidmətlərdən (alış-veriş, qidalanma və s.) istifadəsinə əlverişli imkan yaradacaq.

1news.az

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər