Rəhim Qazıyevi döyən kürəkəni saxlanıldı – RƏSMİ

Azərbaycanın sabiq Müdafiə naziri Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov 1news.az-a açıqlamasında faktı təsdiqləyib.
“Fevralın 19-da Rəhim Qazıyev sabiq kürəkəni Əzizov Ramil Rafiq oğlu tərəfindən Yasamal rayonu ərazisində döyülüb. Hadisə yerinə yollanan polis əməkdaşları Ramil Əzizov saxlayıblar.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb”- deyə, E.Zahidov qeyd edib.
1news.az
2404