Bakıda polisin axtardığı 29 yaşlı gənc oğlan görün harda tapıldı

Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü Nəriman Əliyev 18 fevral tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb.
1news.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun qardaşı Elgiz Əliyev məlumat verib. O bildirib ki, evdən çıxan zaman Nərimanın əynində qara şalvar, qara köynək və eyni rəngdə gödəkçə olub:
“Ev Nərimanov ərazisində yerləşir. Qardaşım 2 gün əvvəl 22:00 radələrində evdən çıxıb və bir daha qayıtmayıb. Telefon nömrələrinə zəng çatmır. Evdən getməsinə hər hansı bir səbəb görmürük, problemsiz insandır. Onun üçün çox narahatıq”.
Lakin Nərimanın yaxınlarının narahatlığı uzun sürməyib. Belə ki, Bakı şəhər BPİ-nin Cinayət- Axtarış əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü N.Əliyevin yeri müəyən olunaraq ailəsinə təhvil verilib.
O, paytaxda fəaliyyət göstərən otellərdən birində aşkarlanıb, hər hansı hüquqazidd əmələ məruz qalmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1news.az