Bakıda qadın və kişi qonaq getdikləri evdə öldülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın və kişi qonaq getdikləri evdə öldülər

10:06 - 21 / 02 / 2020
Bakıda qadın və kişi qonaq getdikləri evdə öldülər

Bakıda bağ evinə qonaq gedən cütlük dəm qazından boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, “Aqroprom” bağları ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Cavadov Natiq Əfsər oğlu və 1967-ci il təvəllüdlü Zeynalova Aytən Hətəm qızı qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
874

Son xəbərlər

Bütün xəbərlər