Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

14:20 - 24 / 02 / 2020
Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

1news.az xəbər verir ki, bu barədə Oxu.Az-a Hafiz Hacıyevin özü məlumat verib.

O bildirib ki, ürəyində problemlər var və  bir neçə gündür xəstəxanadadır.

“Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, - deyə Hafiz Hacıyev söyləyib.

Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.

1news.az

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər