İlham Əliyevdən Artur Rasi-zadə ilə bağlı SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyevdən Artur Rasi-zadə ilə bağlı SƏRƏNCAM

15:55 - 24 / 02 / 2020
İlham Əliyevdən Artur Rasi-zadə ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.T.Rasi-zadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az Dövlət Başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

1news.az

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər