İlham Əliyev Küveyt Əmirini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Küveyt Əmirini təbrik edib

18:14 - 24 / 02 / 2020
İlham Əliyev Küveyt Əmirini təbrik edib

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Küveyt xalqına ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımız arasındakı dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və rifah diləyirəm".

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər