Paralimpiya Komitəsi və Rusiya Federasiyasının “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək Milli mərkəzi” arasında protokol imzalanıb | 1news.az | Xəbərlər
İdman

Paralimpiya Komitəsi və Rusiya Federasiyasının “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək Milli mərkəzi” arasında protokol imzalanıb

21:24 - 27 / 02 / 2020
Paralimpiya Komitəsi və Rusiya Federasiyasının “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək Milli mərkəzi” arasında protokol imzalanıb

27 fevral 2020-ci il tarixində Azərbaycan Milli Paralimpiya Komitəsində maneəsiz mühitin formalaşmasında əlillərə və az mobil qabiliyyətli qruplara zərərin qarşısının alınması sahəsində beynəlxalq mütəxəssislər birliyi yaratmaq niyyətinin açıq protokolunun imzalanma mərasimi keçirilmişdir.

1news.az-ın xəbərinə görə, protokol Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Rusiya Federasiyasının “Ərazilərin ekoloji-sosial və innovativ inkişafına dəstək Milli mərkəzi”-nin prezidenti Dmitriy Petrakov tərəfindən imzalanmışdır.

Razılaşmaya Azərbaycan, Rusiya və İtaliyanın müvafiq qurumları qoşulublar.

Qeyd edək ki, 24-27 fevral 2020-ci il tarixlərində müyəssərliyin təmin olunması üzrə ekspertlərin hazırlanması ilə əlaqədar nəzəri seminarın ikinci mərhələsi uğurla başa çatıb. Seminarın üçüncü mərhələsi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində baş tutacaq və orada keçiriləcək imtahanlardan müvəffəqiyətlə keçən iştirakçılar beynəlxalq sertifikatla təmin olunacaqlar.

1news.az

Paylaş:
738

Son xəbərlər

Bütün xəbərlər