“MFL Carlsberg Biznes Liqası”nın VIII turu: “Universal” uduzdu, “Veysəloğlu”dan vacib qələbə – FOTO – VİDEO
Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın 8-ci turunun oyunları keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, həm A, həm də B qruplarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlərin əksəriyyəti gərgin mübarizə şəraitində keçib.
Qeyd edək ki, ötən tur olduğu kimi, 8-ci tur da lider “Binə Aqro” üçün heç də asan keçməyib. Belə ki, “Expressbank” la qarşılaşamada favorit olmasına baxmayaraq “Binə Aqro” yalnız bir dəfə rəqibin qapısına yol tapa bilib. Beləliklə də görüşü minimal hesabla xeyrinə başa vuran “Binə Aqro” qələbəni bayram edib.
Liderlik uğrunda mübarizə aparan “Soliton LTD” və “Gilan Tekstil Park” da turu qələbə ilə başa vurublar. “Universal” isə CES komandası ilə gərgin keçən qarşılaşmada gözlənilmədən məğlub olub – 2:3.
B qrupunun lideri SOCAR “PalatYol”u 4:1 hesabı ilə məğlub edərək növbəti üç xalı aktivinə yazıb. “İSR Holding” – “AVT Logistics” görüşündə qalibi müəyyənləşdirmək mümkün olmayıb. Tərəflər hərəyə bir dəfə fərqlənərək meydandan sülhlə ayrılıblar.
Qrupun və ümumilikdə turun turun mərkəzi qarşılaşması turnir cədvəlinin üst sıralarında yer alan komandalar – “Azersun”la “Veysəloğlu” arasında baş tutub. Olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmada 5:4 hesabı ilə rəqibinə qalib gələn “Veysəloğlu” bu qələbə sayəsinə turnir cədvəlində “Azərsun”u qabaqlayaraq ikinci pilləyə yüksəlib.
Turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:
A qrupunun turnir cədvəlini təqdim edirik.
B qrupunun turnir cədvəlini təqdim edirik.
Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın eksklüziv tərəfdaşı “Carlsberg” şirkətinin ölkəmizdəki təmsilçisi “Carlsberg Azerbaijan” şirkətidir. Turnirin təşkilati dəstəyi isə AFFA tərəfindən təmin edilir.
Öz qruplarında ilk 4 yeri tutan komandalar play-off oyunlarına vəsiqə qazanacaqlar. Burada isə komandalar 1/4 final və yarımfinalda qüvvələrini sınayacaqlar. Sona qalan iki komanda turnirin qalibi adı uğrunda həlledici final oyununa çıxacaq.
Turnirin qalibi adını qazanan komanda Türkiyə kubokunun final oyununu pulsuz izləmək imkanı əldə edəcək. Komandanın səfər, nəqliyyat və otel xərcləri “Carlsberg Azerbaijan” şirkəti tərəfindən qarşılanacaq.
Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.
1news.az