Prezident bu rayonların qazlaşdırılmasına 9 milyon manat ayırdı - SİYAHI | 1news.az | Xəbərlər
Rəsmi

Prezident bu rayonların qazlaşdırılmasına 9 milyon manat ayırdı - SİYAHI

17:02 - 02 / 03 / 2020
Prezident bu rayonların qazlaşdırılmasına 9 milyon manat ayırdı - SİYAHI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, sərəncamla Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Siyahını təqdim edirik:

 

Sıra

№-si

Ərazi vahidləri

 

Gəncə şəhəri

 1.

Gəncə şəhərində 2 yeni massiv

 

Daşkəsən rayonu

 1.

Aşağı Daşkəsən kəndi

2. 

Kəmərqaya kəndi

 

Göygöl rayonu

 1.

Toğanalı kəndi

 

Samux rayonu

 1.

Sərkar kəndində yeni massiv

 

1news.az

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər