Sınaq imtahanının nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sınaq imtahanının nəticələri açıqlanıb

17:52 - 02 / 03 / 2020
Sınaq imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2020-ci il fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanının nəticələrini elan edib. 

DİM-dən 1news.az -a verilən xəbərə görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 15104 abituriyentdən 76 nəfəri imtahana gəlməyib.

Qafar Ağayev

Paylaş:
450

Son xəbərlər

Bütün xəbərlər