Ordumuz təlim zamanı ərazinin kəşfini aparıb - FOTO - VİDEO

Genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin senarisinə əsasən vəzifəli şəxslərin məruzələrini dinləyib.
Təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb.
1news.az
403